Türkiyənin məşhur müğənnisi Seda Sayan azərbaycanlı ifaçılar- Niyam Salami və Aynur Dadaşovaya təşəkkürünü bildirib.7News.Az xəbər verir ki, buna səbəb Aynur və Niyamın sənətçinin repertuarında olan "Seni seviyorum” mahnısına müraciət etməsi olub.
Seda iki milyonluq instaqram səhifəsində cütlüyün "5-də 5” proqramında çıxışını paylaşaraq təşəkkürünü bildirib: "”Seni Seviyorum” mahnısını azərbaycanlı sənətçi dostlarımız səsləndirib. Necədir, bəyəndiz?”
7News.Az








