"Səhnəyə çıxmaq arzum olub, həyat yoldaşım icazə vermir" - Təranə Qumralın qızı gileyləndi - VİDEO
Təranə Qumralın qızı Qumral sosial media hesabında etdiyi paylaşımı ilə diqqət çəkib.
7News.Az xəbər verir ki, Qumral "instaqram"hesabında video paylaşıb. Belə ki, o, Zaur Kamalın "5-də 5" proqramında ailəvi qonaq olarkən görüntülənən videonu paylaşaraq "Məni müğənni kimi səhnədə görmək istərdiniz? Səhnə mənim həmişə ən böyük arzum olub. Amma nə valideynlərim, nə də ki, həyat yoldaşım buna icazə vermədilər" giley dolu şərhini yazıb.
Bununla bağlı Qumrala çoxsaylı şərhlər yazılıb. Bir çox izləyicilər onu səhnədə görmək istədiklərini bildiriblər. Bəzi izləyicilər isə səhnəyə çıxarsa, ailəsinin dağılacağını qeyd ediblər.