RU
“Səhvən təcavüzə görə ayrıldıqlarını demişəm”
16:00
399

“Səhvən təcavüzə görə ayrıldıqlarını demişəm”

İki gün əvvəl bir-birinin ünvanına ağır sözlər deyən Türkiyənin məşhur müğənnisi Seda Sayan və şoumen Mehmet Ali Erbil barışıb.

Bu barədə onlar instaqram hesablarında məlumat veriblər.

Hər iki tanınmış şəxs ünvanlarına söylədikləri fikirləri təkzib ediblər. Belə ki, M. Erbil qəbul etdiyi dərmanların təsiri ilə yanlış açıqlama verdiyini və Seda Sayanı bacısı qədər çox sevdiyini deyib.

 

Müğənni isə şoumeni təcavüzdə ittiham etməyinin səhv davranış olduğunu söyləyib: "Ünvanıma deyilən ağır təhqirlərdən sonra əsəbi halda Erbilin ayrılma səbəbinin xəyanət yox, təcavüz olduğunu dilə gətirdim. Böhtan deyil, yanlış açıqlama oldu”.

Qeyd edək ki, şoumen müğənni barədə KİV-ə açıqlamasında "Keçmişi bir az təmiz olsaydı, iftar proqramı da aparardı. Halal olsun, televiziyalar reytinq verməyən bu qadınla hələ də işləyir”,- deyə bildirmişdi.

Seda isə "Tuğba Coşkun ilə evli olarkən evindəki məsum xidmətçi qıza təcavüz edərkən səssiz qaldığım üçün keçmişim kirlidir, bunu düz dedin! Daha nələr var, məncə işinə bax”, - yazaraq ona cavab vermişdi.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ