
7News.Az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, bu sözləri Selena Gomes Castin Biberlə 7 illik həyəcanlı münasibətləri haqqında ilk dəfə danışarkən "NPR Radio"-ya müsahibəsində deyib.

Onun sözlərinə əsasən, birlikdə olduqları zaman dəfələrlə mənəvi təcavüzə uğrayıb.

İllərlə sevgili olan, hətta evlənməyə hazırlaşan məşhur cütlük sonda ayrılmaq qərarına gəlib.

27 yaşlı Selena hazırda özünü heç zaman olmadığı qədər güclü hiss etdiyini və bununla fəxr etdiyini deyib.

O, həmçinin "Lose You To Love Me" mahnısını Biber ilə ayrıldığı zaman yazdığını etiraf edib. Müğənni mahnının nifrət dolu olmadığını, Castinlə gözəl anlarının da olduğunu qeyd edib.







7News.Az








