Noyabrın 18-də Səmərqənddə "Avropa İttifaqı - Mərkəzi Asiya arasında Əlaqələnmə Konfransı: Dayanıqlı İnkişaf üçün Qlobal Qapı" konfransı keçiriləcək.
7NEWS.Az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında baş tutmuş görüşün yekununa dair Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
"Həmin konfrans zamanı Özbəkistan tərəfi əməkdaşlığın prioritet sahələrində birgə layihələrin həyata keçirilməsi üçün "Yol xəritəsi”nin qəbulunu təklif etməyə hazırdır".
Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, tərəflər arasında müzakirə zamanı "Transxəzər Multimodal Marşrutunun gələcək inkişafı variantlarının araşdırılması da daxil olmaqla dayanıqlı nəqliyyat dəhlizlərinin yaradılması qarşılıqlı ticarətin artırılması üçün əsas element kimi xarakterizə olunub".
Göüşdə həmçinin Özbəkistan tərəfi 2023-cü ildə ilk Aİ-Mərkəzi Asiya Turizm Forumunun Özbəkistanda keçirilməsini təklif edib.
7NEWS.Az








