RU
Sentyabrın 1-dən bu marşrutda avtobuslar dəyişdirilir
13:20
35

Sentyabrın 1-dən bu marşrutda avtobuslar dəyişdirilir

Bakının Nərimanov rayonundakı Nemət Quliyev küçəsi ilə Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetini birləşdirən 199 nömrəli müntəzəm marşrut üzrə bütün avtobuslar yenilənəcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 1-dən etibarən sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə marşrut xəttində fəaliyyət göstərən dizel mühərrikli avtobuslar daha ekoloji və müasir CNG texnologiyası ilə təchiz olunmuş "Iveco" markalı avtobuslarla əvəzlənəcək.

Marşrut üzrə gedişhaqqı 65 qəpikdir və ödəniş yalnız nağdsız formada həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ