RU
Serenay Sarıkaya şəxsi həyatından danışdı: “Təcrübəli, xarakteri formalaşmış insanlar məni cəlb edir” - FOTO
22:20
2135

Serenay Sarıkaya şəxsi həyatından danışdı: “Təcrübəli, xarakteri formalaşmış insanlar məni cəlb edir” - FOTO

Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Bu barədə "Haber Global” məlumat yayıb.

 

Aktrisa hazırda ürəyinin boş olduğunu, həyatına kiminsə girməsinə hazır olmadığını bildirib. Özündən 19 yaş böyük Cem Yılmazla münasibəti bir neçə ay əvvəl bitən cazibədar aktrisa nəyə görə özündən yaşca böyük insanlarla münasibətə meyl etdiyini də açıqlayıb:

"Öyrənməyə marağım olduğu üçün… Yəqin ki, təcrübəsi olan, xarakteri formalaşmış, daha təmiz enerjili insanlar məni cəlb edir”, - deyə S.Sarıkaya bildirib.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ