RU
Serenayın sevgilisi ilə gündəm olan ayaqyalın RƏQSİ - VİDEO
13:50
23

Serenayın sevgilisi ilə gündəm olan ayaqyalın RƏQSİ - VİDEO

Uzun müddətdir münasibətlərini mediadan gizli saxlamağa çalışan Serenay Sarıkaya və Mert Demir cütlüyü qatıldıqları gecədə diqqət mərkəzinə düşüblər.

Aktrisanın baş rolda çəkildiyi "Kimler geldi kimler geçti" serialının yeni mövsüm şənliyində cütlüyün səmimi görüntüləri maraqla qarşılanıb.

Gecəyə bəbir naxışlı mini donu ilə qatılan Serenay Sarıkaya, cəsarətli geyim tərzi ilə yanaşı, ayaqyalın rəqs etməyi ilə də sosial mediada ən çox danışılan simalardan birinə çevrilib.

Gecənin ən yaddaqalan məqamı isə cütlüyün Mert Demirin "Gözlerime Bak" mahnısı sədaları altında etdiyi romantik rəqs olub. Bir-birlərinə sarılaraq rəqs edən məşhurların bu səmimi halları onların münasibəti haqqında gəzən "reklam eşqi" iddialarına faktiki bir cavab kimi qiymətləndirilib.

Qonaqların maraqla izlədiyi bu anlar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq böyük bəyənmə toplayıb. /Lent.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ