Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə məhdudiyyət qoyulduğunu bildirib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sərxan Kərəmoğlu son iki ay ərzində Rusiyaya gedə bilmədiyini və məsələ ilə bağlı artıq vəkillərin çalışdığını açıqlayıb.
Aparıcı girişinə qoyulan qadağanın yanlışlıq nəticəsində tətbiq edildiyini düşündüyünü bildirib. Onun sözlərinə görə, bunu hüquqi şəkildə sübut etmək üçün müəyyən vaxt lazım olacaq.
Sərxan Kərəmoğlu Rusiyada toy mərasimlərini idarə etməsi üçün söz verdiyi şəxslərdən də üzr istəyib. O, hər biri ilə ayrıca danışaraq vəziyyətdən çıxış yolu tapmağa çalışacağını qeyd edib.
"İndi bir az çətindir mənə, adaptasiya olmağa çalışıram", - deyə aparıcı bildirib.








