RU
15:23
429

"Səs almaq üçün yas yerində ət, un, pul paylamamışam "- deputatlığa namizəd olan Elza Seyidcahandan AÇIQLAMA

Müğənni Elza Seyidcahanın Siyəzəndə yas yerlərində iştirak etməsi ilə bağlı video görüntü yayılıb. Yayılan məlumatlara görə müğənni yas mərasimlərində iştirak edərək səs toplamaq üçün çıxışlar edib. O, yas yerində qadınlarla danışaraq seçicilərdən səs toplamağa çalışıb. Sosial şəbəkədə yayılan görüntüyə istifadəçilərin rəyi birmənalı olmayıb. Yazılan şərhlərdə onun bu hərəkəti pislənilib. İstifadəçilərdən biri videoya '' Bozbaş kasasından çıxan deputat'' - deyə şərh yazıb. Digər videonu izləyənlər isə müğəninin bu davranışının qeyri-adi olmadığını şərh ediblər.

Sözügedən videonu təqdim edirik:



Yayılan video ilə bağlı BiG.AZ əməkdar artist Elza Seyidcahan ilə əlaqə saxlayıb. Müğənni bildirib ki, bütün bu məlumatlar ağ yalandır:

"Belə bir şey olmayıb. Ağ yalandır. Mən həmişə xalqımızın içində, xoş və qayğılı günlərində yanlarında olmuşam. Yas yerində buklet, afişa paylamamışıq. Ət, un, pul və.sairə paylamamışıq. Öz elim-obamdır. Bir əməkdar artist kimi, Bəstəkarlar İttifaqının üzvü olaraq hansı guşədə oluramsa olum, sevgi dolu axın olur üzərimə. Bu, məni əlbəttə ki, fərəhləndirir. Çünki illərdir bu saf hörməti, sevgini qaşıq-qaşıq qazanmışam".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ