RU
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib
10:50
17

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın hərbi rəhbərləri Ər-Riyadda Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində görüş keçiriblər.

Bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fəyyad bin Hamid ər-Ruveyli, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu və Pakistan Silahlı Qüvvələrinin komandanı feldmarşal Asim Munir iştirak ediblər.

Tərəflər Səudiyyə Ərəbistanının üzləşdiyi təhlükəsizlik vəziyyətini və təhdidləri müzakirə edib, Məkkəyə, eləcə də krallığın mülki və iqtisadi infrastrukturuna edilən hücumları kəskin şəkildə pisləyiblər.

Görüşdə üç ölkənin silahlı qüvvələri arasında kəşfiyyat məlumatlarının mübadiləsinin genişləndirilməsi, hərbi koordinasiyanın gücləndirilməsi və imkanların inteqrasiyası məsələləri də müzakirə olunub. Məqsəd kollektiv müdafiə və çəkindirmə imkanlarının gücləndirilməsidir.

Tərəflər Məkkə Birgə Müdafiə Sazişində nəzərdə tutulan öhdəliklərin dərhal praktiki hərbi əməkdaşlığa çevrilməsi istiqamətində işləmək əzmində olduqlarını bildiriblər. Həmçinin Səudiyyə Ərəbistanının təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsinə sadiqlik bir daha təsdiqlənib.

Qeyd edək ki, avqustun 7-də imzalanmış Məkkə Birgə Müdafiə Sazişinə əsasən, üç ölkədən birinə silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ