Jurnalist Sevil Nuriyeva "Facebook” səhifəsində ötən günlərdə Türkiyədə qətlə yetirilən həyat yoldaşı Etimad İsmayılov haqda paylaşım edib.
7News.Az xəbər verir ki, o, həyat yoldaşının kişi kimi öldüyünü yazıb.
"Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayətdə "Divan”a çıxacağıq. Mənim Etimadım mərd doğuldu, mərd kişi kimi bu aləmi tərk etdi”, - deyə o qeyd edib.
"Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur. Bu gün 7-ci gündür ki, bu aləmi tərk etdi. Mən ondan razıyam, dostları, iş gördüyü namuslu insanlar, qohumları ondan razıdır. Ağzı oruclu, qüsullu, ən son gün zəkat verərək dünyadan köçdü. Allah səndən razı olsun, canımın içi. Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə - sənə söz verirəm – hamısı olacaq...
Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allah üçün, məfkurəm üçün, mübarizəm üçün, Etimadım üçün, İlyasım üçün, dostlarım üçün yaxşı olmağa, mərd olmağa, mərhəmətli olmağa davam edəcəyəm. Acım dərindir və heç vaxt azalmayacaq.
İlyasa qoyduğun ən qiymətli miras budur. Məni gözlə, əzizim, vaxt tamam olanda Allah cənnətində qovuşduracaq, inşallah”.
7News.Az








