RU
Sevinc Ağaşirinova silikon söhbətinə hiddətləndi
12:24
587

Sevinc Ağaşirinova silikon söhbətinə hiddətləndi

Silikon etdirən müğənnilər sırasında adı hallanan Sevinc Ağaşirinova barəsində yayılan bu məlumatı yalanlayıb.

Əməkdaşımıza verdiyi açıqlamasında o, təkcə burnunda plastik əməliyyat etdiyini dilə gətirdi: "Olmayan sözləri yazan insanlara səslənib deyirəm ki, şayiələrlə nəyi sübut etmək istəyirlər? Burun əməliyyatı keçirdiyimi hamı bilir. Bədənimə nə olub ki? Maşallah olsun gözəl qadınam. Qüsurum olsaydı, deyildiyi kimi bəlkə sinəmə silikon vurdurardım. İşi-peşəsi yalan uydurmaqdan ibarət olanlar gedib öz bədənlərinə baxsınlar. Ayıbdır, gündəm naminə adımı belə söhbətlərdə hallandırmasınlar".

Sevinc onu da bildirdi ki, yaxın vaxtlarda imicində köklü dəyişikliyi əks etdirən fotosessiyasını təqdim edəcək. /PrimeTime.Az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ