RU
16:00
363

"Sevmirəm deyib sevirsən" - Fuad Əlişovdan boşanan aktrisadan MƏYUSEDİCİ PAYLAŞIM

Aktrisa Sevinc Əliyeva yeni fotosunu sosial media hesabında paylaşıb.

7News.Az xəbər verir ki, aktrisa paylaşdığı fotoya diqqətçəkən şərh yazıb:

"Elə anlar olur ki, etməyəcəm dediyin şeyi edirsən, dözə bilmərəm dediyinə dözürsən, sevmirəm deyib sevirsən, getmərəm deyib bir anda yorulub gedirsən.Və hər belə imtahan yolunda insan biraz da özünə yaxınlaşır! Əsas özünü itirməyib, yeni səhifəyə keçməkdən qorxmayasan.

Foto izləyicilər tərəfindən bəyənilib. Çoxsaylı şərhlərdə ona təriflər yağdırılaraq gözəl olduğu qeyd olunub.

Qeyd edək ki, S.Əliyeva rejissor Fuad Əlişovla evli olub. Onların bu evlilikdən əkizləri Suad və Fatimə və kiçik oğlu Nihad dünyaya gəlib.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ