Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.
Onun halı saat 23:00 radələrində qəfildən pisləşib. Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətiriblər.
Reanimasiya şöbəsindən verilən məlumata görə, Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb.
"Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində problem yaranıb”, - deyə müğənninin ailə üzvləri deyib./azadinform
7News.Az








