"27 ölkə gəzmişəm. Amerikadan tutmuş düz Yaponiyaya kimi... Hətta Silvester Stallonenin bağında belə olmuşam”.
7News.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "5-də 5” proqramında qonaq olarkən söyləyib. Müğənni vurğulayıb ki, o, dünyanın bir neçə ölkəsində olub. Nazpəri Dostəliyeva hətta qeyd edib ki, Hollivud ulduzu Silverter Stallonenin bağında belə olub:
"Stalonenin bağına gəzintiyə getmişdim. Los-Ancelesdə dağın üstündə yalnız müğənnilərin və aktyorların bağı yerləşir. Orada şlaqbaum var, icazəsiz heç kim həmin dağa qalxa bilməz. İtaliyanın xalça muzeyində də olmuşam. Ora qaranlıq olmalıdır, işıq düşməməlidir. Bunların hamısını görmüşəm, bir müddət sonra demişəm ki, sənə qurban olum, Azərbaycan”.