Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) batan gəminin qalıqları tapılıb.
Bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman bildirib.
O qeyd edib ki, gəminin qalıqları 550 metr dərinlikdə aşkarlanıb.
Ərazidə axtarış işləri fasiləsiz davam etdiriləcək.
Qeyd edək ki, avqustun 30-da Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.








