Son vaxtlar qıtlıq böhranı ilə üz-üzə qalan Şimali Koreyada hökumətin əhaliyə tövsiyəsi müzakirələrə səbəb olub.
Rəsmi açıqlamalarda 2025-ci ildən əvvəl Çinlə sərhədlərin açılma ehtimalının zəif olduğu bildirilib.
Hökumət həmçinin qida qıtlığından xarici faktorları məsul tutub. Pxenyan administrasiyası qıtlığın əsas səbəbləri kimi bu ölkəyə tətbiq olunan sanksiyaları, təbii fəlakətləri və qlobal koronavirus pandemiyasını göstərib.
Şimali Koreya hökuməti vətəndaşlarına 2025-ci ilə qədər daha az yemələri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Pxenyan hakimiyyəti pandemiyaya görə sərhədlərini bağlayaraq Çinlə qida ticarətini dayandırıb./olke
7NEWS.Az








