"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzası ilə bağlı apellyasiya şikayəti rədd edilib.
7News.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssisin cəzasının ləğv edilməsi ilə bağlı müraciəti qəbul edilməyib.
Qeyd edək ki, Simeonenin La Liqanın 35-ci turunda "Malaqa"nın əks hücumu zamanı topdaşıyan uşaqdan ikinci topu meydana atmasını tələb etməsi ona baha başa gəlib. İspaniya Futbol Federasiyası bu hərəkətinə görə Simeoneni 3 oyunluq cəzalandırıb.








