RU
Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib
12:45
1018

Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib

Ukrayna Slovakiyanın əvvəllər tədarükünü vəd etdiyi ilk dörd ədəd "Zuzana” özüyeriyən artilleriya qurğusunu alıb.

Bu barədə "RBC-Ukraina” Slovakiyanın müdafiə naziri Yaroslav Nadın tviter səhifəsinə istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, ilk 4 artilleriya qurğusu artıq Ukrayna hərbçilərinin sərəncamındadır.

"Onlar istifadə olunmağa və Rusiya təcavüzkarlarından qorunmağa hazırdırlar”, - Nad vurğulayıb.

Daha əvvəl Nad tviter səhifəsində Slovakiya və Ukraynanın 8 ədəd "Zuzana 2” artilleriya qurğusu tədarükü barədə razılığa gəldiyini bildirib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ