RU
SOFAZ gələn il 2 milyard dollaradək qənaət edəcək
16:28
468

SOFAZ gələn il 2 milyard dollaradək qənaət edəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) manatın devalvasiyasına görə 2016-cı ildə təqribən 2 milyard dollara qənaət edəcək.

Bunu Fonddan deyiblər.

Bununla belə, SOFAZ dövlət büdcəsinə transfertlər daxil olmaqla, cari il üçün bütün xərc maddələrini artıq bağlayıb.

Fonddan bildiriblər ki, SOFAZ dekabrda dövlət büdcəsinə 980 milyon manat transfert etməklə ödənişləri planlaşdırılan 8,13 milyard manata çatdırıb: "Bununla əlaqədar Fond 2015-ci ildə manatın devalvasiyasından vəsaitlərin qənaət edilməsini gözləmir".

2016-cı ilə gəlincə, SOFAZ konvertasiya nəticəsində 1,94 milyard manata qənaət etməyi planlaşdırır: "Fondun 2016-cı il üçün büdcə layihəsinə əsasən, xərclər 8,26 milyard manat və ya layihənin təsdiq edildiyi dövrdə qüvvədə olan 1,05 AZN/USD məzənnəsi üzrə 7,87 milyard dollar təşkil edir. 2016-cı ildə Fondun bütün xərclərindən "Cənub Qaz Dəhlizi" və Bakı-Tbilisi-Qars layihələrinə çəkilən xərclər 1,87 milyard dollar məbləğində nəzərdə tutulub. Qalan xərclər 6,3 milyard manat məbləğində nəzərdə tutulub ki, bu da yeni məzənnə üzrə hesablaşma zamanı 4,07 milyard dollar təşkil edir (devalvasiyadan əvvəlki 6 milyard əvəzinə). Beləliklə, bu, gələn il konvertasiyadan 1,94 milyard dollar qənaət etməyə imkan yaradacaq"./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ