Ukraynanın işğalı imperializmə dönüşdür.
7NEWS.Az-ın CNN-ə istinadən xəbərinə görə, bunu Almaniya kansleri Olaf Şolts yerli televiziya proqramında deyib.
"Biz hamımız zorakılıqdan istifadə edən qonşumuzun olması faktına hazır olmalıyıq. Biz bunun təcrübəyə çevrilməsinin qarşısını almalıyıq”, - kansler vurğulayıb.
Şolts əlavə edib ki, Almaniya raket hücumundan müdafiə sistemlərinin satın alınmasını müzakirə edir. O, Ukrayna Prezidenti Vladimir Zelenskinin dünyadakı hər kəsdən yardım istəməkdə haqlı olduğunu, lakin NATO hərbi qüvvələrinin hətta sülhməramlılar səviyyəsində belə Ukrayna müharibəsində iştirak etməyəcəyini deyib.
O əlavə edib ki, NATO Ukraynanı uçuşa qadağan zona elan etməyəcək: "Bu cür tədbirlər NATO və Rusiya arasında nəhəng qarşıdurmanın başlanğıcı olardı. NATO bu müharibənin tərəfi olmayacaq”.
Şolts vurğulayıb ki, NATO bioloji və kimyəvi silahlardan istifadə ediləcəyi təqdirdə dramatik tədbirlərin görülməsinə hazırlaşır.
"Bioloji və kimyəvi silahların istifadəsi baş verməyəcək. Buna cəsarət etməyin”, - Almaniya kansleri bildirib.
7NEWS.Az








