Somalinin paytaxtı Moqadişoda parlament binası qarşısında bomba yüklü avtomobilin partlaması nəticəsində altı nəfər yaralanıb, bir nəfər ölüb.
"RİA Novosti” agentliyi bu barədə yerli KİV-lərə istinadən məlumat yayıb.
Somali federal hökumətinin sözçüsü və Baş nazirin media ilə əlaqələri üzrə baş məsləhətçisi Məhəmməd İbrahim Moalim öz "Twitter” səhifəsində yazıb ki, terrorçu nəzarət-buraxılış məntəqəsində dayanan hərbçilərin əmrinə tabe olmayıb.
Nəticədə hərbçilər avtomobilə atəş açıb və partlayış baş verib.
Patlayış nəticəsində yalnız avtomobili idarə edən terrorçu ölüb.
7NEWS.Az







