Qarabağdakı separatçı, qondarma rejimin "rəhbər”i Araik Arutunyanın iynəsini Xankəndində vurublar.
7News.Az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, Araik Arutunyan noyabrın 8-də COVİD-19-a qarşı birinci doza vaksin qəbul edib. Onun təcili peyvəndlənməsinə səbəb Ermənistanın baş naziri Nikol Paşinyan vaksinasiya ilə bağlı sərt çağırışı olub. Araik bu dəfə də "boss”unun sözündən çıxa bilməyib.










