Türkiyədəki helikopter qəzasında ölənlərin sayı artıb.
"Anadolu” Agentliyinin məlumatına görə, hadisə nəticəsində yaralanan hərbçilərdən daha biri xəstəxanada vəfat edib.
Bununla da, qəza sonrası ölənlərin sayı 11-ə çatıb. Hazırda iki hərbçinin xəstəxanada yaralı halda olduğu bildirilir.
-----
Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.
APA-nın yerli bürosunun Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.
Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.
-----
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb./apa
7NEWS.Az








