RU
SON DƏQİQƏ: Ucarda bir qrup sakin aksiya keçirib - örüş yerlərinin zəbt olunması ilə bağlı
13:15
272

SON DƏQİQƏ: Ucarda bir qrup sakin aksiya keçirib - örüş yerlərinin zəbt olunması ilə bağlı

Ucarda bir qrup sakin örüş yerlərinin qanunsuz zəbt olunmasına etiraz əlaməti olaraq, aksiya keçirib.

7news.az-ın əməkdaşının verdiyi xəbərə görə, rayonun Lək kənd sakinləri kənd bələdiyyəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar zəbt olunmuş örüş yerlərinin boşalmasını və həmin şəxslərə qarşı qanunu tədbir görülməsini tələb ediblər.

Hadisə yerinə gələ Rayon İcra Hakimiyyətinin hüquqşünası Xəyyam Səmədzadə və Rayon Polis Şöbəsinin İTB-nin rəisi Səbuhi İsmayılov sakinlərlə görüşüb və onların şikayətini dinləyiblər. X. Səmədzadə örüş sahələrini zəbt edənlərə torpaqların 10 gün müddətinə boşaldılması barədə bildirişlərin paylanacağını bildirib. O qeyd edib ki, bundan sonra zəbt olunmuş sahələr boşaldılmasa, bu barədə aidiyyəti orqanlara məlumat veriləcək. Bildirilib ki, problem yaxın vaxtlarda müsbət həllini tapacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ