7News.az xəbər verir ki, sosial şəbəkələrdə daha çox bəyənmə və baxış toplamaq həvəsi növbəti dəfə insan həyatına bais oldu. İkinci mərtəbənin balkonundan kiçik bağ hovuzuna tullanmağa cəhd edən gənc məsafəni düzgün hesablaya bilməyib və sərt şəkildə beton səthə çırpılıb. Bütün onurğa sütunu və qabırğalarındakı sınıqlar da daxil olmaqla ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə anı kamera vasitəsilə addım-addım lentə alınıb.








