
Rəqqasə Fatimə Fətəliyeva isə məşədi xanımdır. O, İranda Məşəd ziyarətgahında olub.

Əməkdar artist Zöhrə Abdullayeva da həcc ziyarətində olan məşhurlardandır.

Meyxanaçılar Elşən Xəzər, Aqşin Fateh, Mehman Əhmədli və Ağamirzə də həcc ziyarətində olaraq hacı tituluna yiyələniblər. Hətta Aqşin Fateh təxminən on il toylarda meyxana deməyi, içki məclislərində olmağı haram hesab etdiyi üçün (əslində dində də bel buyrulur-red.) efirdən və məclislərdən uzaqlaşmışdı.

Xalq artisti Məleykə Əsədova, teleaparıcı Nanə Ağamalıyeva və xanəndə Humay Qədimova İranın Məşhəd ziyarətgahına səfər edərək, məşədi adını qazanıblar.
Müğənni Gülay Zeynallı da digər qadın həmkarları kimi məşədi xanımdır.

”Bu şəhərdə”nin aktyorları Coşqun və Rafael də həcc ziyarətində olan məşhurlardandır.
Əməkdar artistlər qarmon ifaçısı Gövhər Rzayeva və müğənni Bəsti Sevdiyeva da həcc ziyarətində olub.
Müğənni-bəstəkar Nazim, müğənni Emil Bədəlov da digər həmkarları kimi həcc ziyarətində olaraq hacı tituluna yiyələniblər. Bundan başqa onlar İraqın Kərbəla şəhərini də ziyarət ediblər.

Aparıcı Nuran Hüseynov müqəddəs Kəbəni ziyarət edənlərdəndir.

Kinorejissor Şeyx Əbdül Mahmudbəyov, Xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova da Həcc ziyarətində olublar.

Bəstəkar Vüqar Camalzadə və Xalq artisti Azər Zeynalov da müqəddəs Kəbədə olublar.
Xalq artisti Bilal Əliyev Həcc ziyarətində olub. O, bundan əvvəl də bir neçə dəfə müqəddəs yerləri ziyarət edib.
Əməkdar artistlər Nüşabə Ələsgərli və Mətanət İsgəndərli də Həci xanımdır.


7News.Az








