RU
“Squid game” şənliyində atışma - 8 ölü, 7 yaralı + Video
14:40
693

“Squid game” şənliyində atışma - 8 ölü, 7 yaralı + Video

Panamada "Squid game” ("Kalmar oyunu”) mövzulu Halloven şənliyində 8 nəfər ölüb, 7 nəfər yaralanıb.

7News.Az xarici KİV-nə istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da baş verib.

Ehtimal olunur ki, iki yerli dəstə partiyaya silahlı hücum təşkil edib. Nəticədə, 5 nəfər güllələnib. Bundan başqa, daha 3 nəfərin cəsədi yaxınlıqdakı zibilxanadan tapılıb. 7 nəfər isə xəsarət alıb.

 

Ölkə rəsmiləri bildirib ki, hadisə bir nəfərin rəqib dəstə üzvlərinə qarşı atəş açmasından sonra olub.

Hadisə ilə bağlı saxlanılanlar var.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ