Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Demokratik Konqoda yayılan Ebola virusu ilə bağlı ciddi xəbərdarlıq edib.
Təşkilatın məlumatına görə, ölkədə virusun yayılması getdikcə ağırlaşır və vəziyyət nəzarətdən çıxmaq təhlükəsi ilə üzləşir.
Bildirilib ki, son məlumata əsasən, Demokratik Konqoda ümumilikdə 3 605 Ebola hadisəsi qeydə alınıb. Onlardan 1 587 nəfər həyatını itirib.








