RU
STAR zavodunun açılış mərasimi - CANLI YAYIM
16:48
584

STAR zavodunun açılış mərasimi - CANLI YAYIM

Türkiyənin İzmir bölgəsinin Əliağa rayonunda STAR neft emalı zavodunun açılış mərasimi başlayıb.

7News.Az-ın xəbərinə görə, zavodun açılış mərasimi "Haber Global” telekanalında canlı yayımlanır.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, SOCAR prezidenti Rövnəq Abdullayev, hər iki ölkənin dövlət və hökumət rəsmiləri iştirak edir.

Qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi STAR neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. 

NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla, 80 min ton "Azeri Light” markalı neft çatdırılıb.

SOCAR-ın ötən ay "Rosneft”lə imzaladığı müqaviləyə görə, bu ilin dekabr ayından etibarən bir il ərzində STAR NEZ-ə bir milyon ton Rusiya xam nefti təchiz olunacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ