RU
Stilist məsxərəyə qoydu:
16:31
909

Stilist məsxərəyə qoydu: "Şəbnəm hara, Natəvan hara ..."

Dünən gecə keçirilən təqdimat mərasiminə müğənni Natəvan Həbibi də dəvət alıb, gələn məşhurlar siyahısında idi. 
 
7News.az xəbər verir ki, müğənni Natəvan Həbibi saçlarını bənövşəyi rəngə boyayıb. Xatırladaq ki, az öncə Şəbnəm Əsədova da saç rəngində bu cür dəyişiklik edib, gündəmə gəlmişdi. Bu oxşarlıq dünəndən sosial şəbəkələrin də müzakirə predmetinə çevrilib. 

Stilist Pərviz gülərək məsələni belə şərh edib: 

"Şəbnəm hara, Natəvan hara ... Tam başqa stil, tam başqa obraz, tam başqa ifa tərzi ... Gülməlidir axı ... Şəbnəm xanıma da hörmətim var, amma yaratdığım stil tam fərqlidir. Ən azından mənim işimə hörmət olunmalıdır. Şəbnəm xanımla Natəvan xanımın saç rənglərində oxşarlıq yoxdur, bizdə saçda 2 tondan istifadə olunub, onda isə 4 və ya 5 tondan ... Reklam olunub, nəyisə düz-qoş etmək istəyəndə diqqətli olsunlar. Bizim şəxsən belə reklama ehtiyacımız yoxdur". 

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ