RU
“Sübutların saxta olması ilə bağlı yayılan məlumatlar yalandır”
10:56
1180

“Sübutların saxta olması ilə bağlı yayılan məlumatlar yalandır”

Dünən Tolikin müğənni Natavan Həbibidən üzr istəməsi və təkziblə bağlı qətnaməsinin saxta sənədlər əsasında qəbul edilməsi və vəkili Rövşən Mərəndskinin bununla bağlı aidiyyatı orqanlara müraciət etməsi xəbəri yayılmışdı.

Bu barədə N.Həbibinin vəkili Fərid Həsənov 7news.az-a bildirib ki, hazırda Tarix Əliyevin (Tolikin) məhkəmə qətnaməsinin icrası Xətai Rayon İcra Şöbəsindədir. Qətnamənin əsaslandığı sübutların icra mərhələsində saxta olmasının müəyyən edilməsi ilə əlaqədar yayılan məlumatlar tamamən yalandır. Əksinə qətnamənin könüllü icrası üçün Tarix Əliyevə (Tolikə) 10 gün vaxt verilib, əgər bu müddət ərzində o Həbibova Natavan Şamil qızından üzr istəməsə və təkzib verməsə onu qanunla nəzərdə tutlmuş qaydada məcburi icra tədbirləri gözləyir.

Belə olan halda dünən yayılmış məlumat onu göstərir ki, ya vəkili Tarix Əliyevə (Tolikə) düzgün informasiya vermir, onu aldadır, ya da Əliyev Tarix (Tolik) məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün bu yola əl atıb.

Qeyd edək ki, saxta sənədlərlə bağlı yayılan məlumatlar yalan olduğundan, Əliyev Tarix Tahir oğlu (Tolik) Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 296-cı maddəsi (Bilə-bilə yalan xəbərçilik etmək) ilə cinayət məsuliyyətinə cəlb oluna bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ