RU
Suriya sahillərində miqrant gəmisinin batması nəticəsində ölənlərin sayı 71-ə çatıb
17:22
57

Suriya sahillərində miqrant gəmisinin batması nəticəsində ölənlərin sayı 71-ə çatıb


7NEWS.az xəbər verir ki, Aralıq dənizindəki miqrant fəlakətinin balansı artır. Livanın nəqliyyat naziri Əli Hamiyə verdiyi açıqlamada çərşənbə axşamı Livandan yola düşən və Suriya sahillərində batan miqrant qayığında həyatını itirənlərin sayının 71-ə yüksəldiyini bildirib. Suriya Nəqliyyat Nazirliyindən verilən açıqlamada 12 suriyalı, 5 livanlı və 3 fələstinli olmaqla 20 nəfərin xilas edildiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ