İordaniyanın Suriyanın cənubundakı Dəra bölgəsinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 8-ə yüksəlib.
Bu barədə Dəra vilayətinin Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə, ölənlər arasında yaşlı kişi və üç uşaq var. Daha dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İordaniya tərəfi zərbələrin silahlı qruplaşmaların mövqelərinə qarşı həyata keçirildiyini bildirib.
Suriya hökuməti isə əməliyyatın əvvəlcədən Dəməşqlə razılaşdırılmadığını açıqlayıb.
***
06:18
Suriya Dəraa vilayətindəki vəziyyətlə əlaqədar İordaniya ilə sərhəddə yerləşən "Nəsib” keçid məntəqəsində sərnişin və yük daşımalarını müvəqqəti dayandırıb.
Qərarın İordaniya hərbi hava qüvvələrinin Suriya ərazisinə zərbələr endirməsindən sonra verildiyi bildirilir.
Dəraa vilayətinin administrasiyasının məlumatına görə, İordaniyanın aviazərbələri nəticəsində azı beş mülki şəxs həlak olub.
Ölənlər arasında qadınlar və uşaqlar da var. Digər yaşayış məntəqələrindəki itkilər barədə məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, İordaniya oktyabrın 26-da Suriyanın cənubunda ekstremist qruplaşmaların mövqelərinə zərbələr endirib.








