RU
lombard
“Şuşa indi nəfəs alır, Şuşa indi xoşbəxtdir”- Elşən Musayev
19:04
5193

“Şuşa indi nəfəs alır, Şuşa indi xoşbəxtdir”- Elşən Musayev

Artıq Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdi. Həqiqətən, qəribə və inanılmaz xoş hissdir, bu haqda düşünmək, bu kəlmələri söyləmək və bu reallığı dərk etmək. Hətta o qədər xoş ki, bəlkə də həyatımız boyunca bundan daha ali hiss duymamışıq, heç zaman indiki qədər sevinməmişik. Biz Şuşa üçün dəhşət çox darıxmışdıq. Bağrımız çatlayacaq qədər darıxmışdıq. Indi isə Şuşa artıq bizimdir. Şuşa işğaldan azad olub. Şuşa yenidən dirçəlir.” – Shushapost.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə münasibət bildirərkən söyləyib.

"Şuşa bizim tariximizdir, mədəni irsimizdir. Şuşa Qarabağın döyünən ürəyidir. Şuşa bizə o qədər doğmadır ki, onu həm də simvol kimi qəbul etmişik. Ona görə də Şuşanın işğaldan azad olunması və həmin xəbərin Ali Baş Komandan tərəfindən elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyətli bir hadisə idi. Həmin gün bu ölkədə hamı sevincindən ağladı, hamı bayram etdi, hamı həyatının ən xoşbəxt günlərindən birini yaşadı.

 Şuşanın işğaldan azad edilməsi ermənilərə dağ çəkib. Naqis düşmən məhz Şuşanı uduzandan sonra anladı ki, təcili bir şəkildə kapitulyasiya aktına qol çəkməlidir. Ona görə diz çökdülər, yalvardılar, məğlubiyyətlərini etiraf etdilər. Üstəlik, həmin məğlubiyyətdən doğan rəzil durum bu gün də erməni seqmentinin bütün sahələrində hiss olunur. Daha dəqiqi, ermənilər onsuzda rəzil idilər, bu məğlubiyyətdən sonra daha da rəzil oldular. 

Yəqin xatırlayırsınız, bir müddət öncə Ermənistanın Xarici İşlər Naziri Ara Ayvazyan belə bir sərsəm açıqlama vermişdi ki, Şuşa ermənilərin mədəniyyət mərkəzidir. Təsəvvür edirsinizmi? Görün bunlar nə qədər məntiqsiz, nə qədər bəsit adamlardır. Görün bunların içi hələ də necə yanır. O zaman bu bədbəxt diplomata sual verən gərək idi ki, bəs Şuşa mədəniyyət mərkəziniz idisə niyə onu 30 il boyunca o günə, o hala salmışdınız? Niyə daş üstdə daş qoymamışdınız? Niyə bütün mədəni irsi, mədəni mərkəzləri, tarixi abidələri güllə altına vermişdiniz?

İndi həmin Ayvazyan baxsın və görsün, reallıq nədir. İndi həmin Ayvazyan qulaqlarını yaxşı açsın və eşitsin: Şuşa məhz Azərbaycanın mədəniyyət paytaxtıdır.

Şuşa qədim Azərbaycan ərazisidir, Pənahəli xanın əsəridir, bizlərin dədə-baba yurdudur. Şuşa 30 ilə yaxın işğal altında qaldı, dağıdıldı, söküldü, istismar olundu. Təcavüzkar düşmən bu şəhəri də vicdansızca, əclafca, nakişicə viran günə saldı. İndi isə Şuşa artıq xilas olub. Şuşa indi nəfəs alır. Şuşa indi rahatdır. Şuşa indi xoşbəxtdir” – deyə millət vəkili fikirlərinə davam edib.
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ