İspaniya sərhəd polisi qeyri-adi halla üzləşib.
"Haber Global”ın məlumatına görə, Melilla limanında şüşə dolu konteynerlərin içində gizlənmiş və ölkəyə qeyri-qanuni yolla daxil olmağa çalışan miqrantlar aşkar edilib.
Bütovlükdə, yük konteynerlərindən 41 miqrant çıxarılıb.
İspaniyanın hərbi hüquq-mühafizə təşkilatı olan "Guardia Civil” əməliyyatın videogörüntülərini qeydə alaraq paylaşıb.
7NEWS.Az








