RU
Şusterin Ukraynaya girişi qadağan olundu
16:50
209

Şusterin Ukraynaya girişi qadağan olundu

Ukraynalı jurnalist və teleaparıcı Savik Şusterin Ukraynaya girişi qadağan olunub.

Bu barədə 7News.Az "Strana” nəşrinə istinadən xəbər verir.

Nəşr hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bildirir ki, Şuster "qırmızı siyahı”ya üç il müddətinə salınıb. Buna əsas kimi hazırda Ukraynada tətbiq edilən hərbi rejim və Şusterin ikinci vətəndaşlığının olması gətirilir.

Qeyd edək ki, Şuster İtaliya vətəndaşıdır. Jurnalist hazırda Ukraynada deyil. Şuster daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ