RU
Tacir Şahmalıoğlu BÖYÜK İTKİSİNDƏN YAZDI:
14:30
335

Tacir Şahmalıoğlu BÖYÜK İTKİSİNDƏN YAZDI: "Yeriyə bilmədim qəbrinə sarı" - FOTO

Müğənni Tacir Şahmalıoğlunun paylaşımı izləyicilərini kədərləndirib.

7News.Az xəbər verir ki, o, "İnstaqram” səhifəsində yenicə dünyasını dəyişən anası ilə fotosunu yayımlayıb. Müğənni fotoya şərh olaraq şeir yazıb:

"Yağdı saçlarıma həsrətin qarı,

Heç oldu gözümdə həyatın varı.

Yeriyə bilmədim qəbrinə sarı,

Süründüm dizimi daşlar apardı.

İnana bilməzdim vüqarım sına,

Ürəyim dözmədi ana yasına.

Yaman öyrəşmişdim yaz havasına,

Üşüdüm ömrümü qışlar apardı”.

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyeva 31 iyulda vəfat edib.

Tacir Şahmalıoğlu BÖYÜK İTKİSİNDƏN YAZDI:

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəbər lenti