RU
Taliban ilk yerli istehsalı olan “super avtomobilini” təqdim etdi
14:58
68

Taliban ilk yerli istehsalı olan “super avtomobilini” təqdim etdi


Taliban Əfqanıstanda dizayn edilmiş və istehsal olunmuş ilk "super avtomobilini” təqdim edib. Taliban rəsmiləri "Mada 9” adlı avtomobilin "Əfqanıstanın dünya səhnəsində imicini gücləndirməyə kömək edəcəyini” düşündüklərini bildiriblər. 

7NEWS.az xəbər verir ki, Taliban Toyota Corolla mühərriki ilə təchiz edilmiş ilk yerli istehsal olan "super avtomobilini” təqdim etdi. "Mada 9” adlanan model Əfqanıstanın Kabil şəhərində yerləşən Əfqanıstan Texniki Peşə İnstitutundan (ATVI) 30 mühəndis tərəfindən beş il ərzində layihələndirilib. 

Onun yol imkanları hələ sınaqdan keçirilməyib, çünki sosial mediada yerləşdirilən şəkillərin əksəriyyətində avtomobil dayanıb. Avtomobilin arxasında duran komanda onun mühərrikinin "Toyota Corolla” hetçbekindən götürüldüyünü üzə çıxarıb. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ