RU
“Taliban” komandirlərindən biri Kabildə hücumda ölüb
15:10
1454

“Taliban” komandirlərindən biri Kabildə hücumda ölüb

"Taliban” qüvvələrinin komandirlərindən biri dünən Kabildə hərbi hospitala qarşı həyata keçirilən hücumda dünyasını dəyişib.

7News.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, ölən şəxsin adı Həmdulla Mohlisdir və o, hərəkatın Kabil korpusuna komandanlıq edib.

"Taliban” hərəkatı isə Mohlisin ölümünü təkzib edir.

 

Şahidlərin sözlərinə görə, noyabrın 2-si terrorçulardan ibarət bir qrup Kabildə hərbi hospitala daxil olub. Nəticədə, burada talibançılar və qrup arasında toqquşma baş verib. Ən son məlumatlara görə, insident nəticəsində 25 nəfər həlak olub.

"İŞİD” terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, dünən Kabildə ard-arda iki partlayış baş verib. Partlayışdan sonra atışma səsləri eşidilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ