Türkiyə Radio və Televiziya Şurasına (RTÜK) 2018-ci ilin son 6 ayı ərzində seriallardan şikayət daxil olub.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumi olaraq Şuraya 30 min 358 şikayət məktubu göndərilib.
Tamaşaçılar adı çəkilən seriallara cəza verilməsini, yayımının dayandırılmasını və ya onları nümayiş etdirən kanalın bağlanmasını tələb ediblər.
Bildirilib ki, tamaşaçılar serialda ümumi əxlaq, mənəvi və ailə dəyərlərin pozulması halları ilə rastlaşıblar.
7News.Az








