Bir müddətdir itkin düşdüyü bildirilən qazaxıstanlı reper Darxan Jumabek tapılıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, onun Taylanddakı xəstəxanalardan birində olduğu məlum olub.
Bu barədə sənətçinin klip rejissoru Parassat Ibrayev məlumat verib.
Çəkiliş qrupunun sözlərinə görə, musiqiçinin harada olduğu barədə məlumatı yerli sakinlər veriblər. Hazırda Darxan Jumabek həkim nəzarəti altında müalicə alır.
Hadisənin necə baş verdiyi və reperin səhhətinin dəqiq vəziyyəti hələlik açıqlanmayıb. Məlumata görə, həkimlər hazırda onun yanına hətta yaxın dostlarının və tanışlarının da daxil olmasına icazə vermirlər.
Bununla belə, sənətçinin komandası pərəstişkarlarını sakitləşdirərək onun vəziyyətinin ciddi olduğunu, lakin həyati təhlükəsinin olmadığını bildiriblər.
Komanda nümayəndələrinin sözlərinə görə, Darxan Jumabek səhhəti bərpa olunduqdan sonra baş verənlərlə bağlı ictimaiyyətə özü məlumat verəcək.








