7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Filippin dənizində, Tayvanın Hualien şəhərindən 69 kilometr şərqdə 5,7 bal gücündə zəlzələ baş verdiyini bildirib. USGS zəlzələnin 17,9 kilometr dərinlikdə baş verdiyini bildirib. Tayvan Meteorologiya Bürosunun (CWB) verdiyi açıqlamada zəlzələdə ölən, yaralanan olmadığı bildirilib.
7NEWS.az








