Tayvanın Tainan şəhərində tullantı poliqonunda baş verən yanğın və partlayış nəticəsində 15 nəfər xəsarət alıb, 68 evə ziyan dəyib.
Bu barədə Taipei Times məlumat yayıb.
Hadisə avqustun 22-də baş verib. Tullantılar arasında başlayan yanğından sonra partlayış baş verib. Hadisə yerinə 140-dan çox yanğınsöndürən və 53 texnika cəlb olunub. Xəsarət alanlardan 12-si sakin, 3-ü isə yanğınsöndürəndir. Partlayışın səbəbləri araşdırılır.








