RU
Temperatur 38 dərəcəyə qalxacaq - Proqnoz
16:40
34

Temperatur 38 dərəcəyə qalxacaq - Proqnoz

Azərbaycanda iyulun 18-də isti hava şəraiti davam edəcək. Bəzi rayonlarda temperaturun 38 dərəcəyə yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Paytaxt və yarımadada havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz isə 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 50-60 faiz təşkil edəcək.

Ölkənin əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağıntı, şimşək və dolu ehtimalı var. Gecə və axşam saatlarında bəzi ərazilərdə yağıntıların güclənəcəyi, dağlıq rayonlarda isə duman olacağı proqnozlaşdırılır.

Rayonlarda havanın temperaturu gecə 23-27 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 14-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ