Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu martın 31-də qeyri-sabit hava şəraiti ilə bağlı küləyin sürətini açıqlayıb.
Qurumun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, şimal-qərb küləyinin maksimal sürəti 20-25 m/san təşkil edib:
Bakı, Abşeron yarımadası, Abşeron dəniz rayonunda isə şimal-qərb küləyinin sürəti arabir 20-25, bəzi yerlərdə arabir 30-38 m/san kimi güclənib.
Gülşad Məmmədova gecəyə doğru küləyin zəiflədiyini bildirib:
Bu gün mülayim cənub küləyi əsəcək. Gün ərzində mülayim hava şəraiti davam edəcək.//AzNews.az
7News.az








