"Xəzər” TV-də yayımlanan "Hər Şey Daxil” səhər şousunda qalmaqallı anlar yaşanıb.
7News.Az xəbər verir ki, proqramda müğənnilər Təranə Qumral, Musa Musayev və qızları Qumral iştirak ediblər.
Verilişin aparıcısı Tarix Əliyevin (Tolik) Qumrala üzünü tutaraq "Musanın qızı olmaq çətindir, Təranənin qızı olmaq asandır. Çünki o, bir az üzüyola adamdır” şərhi onu dilləndirib:
"Anam çox da elə asan insan deyil. Təranə olduğu evə nə qayınana lazımdır, nə ər! Yəni birinci növbədə anamdır”.
Qızı Qumralın fikirləri M.Musayevin heç xoşuna gəlməyib. Sənətçi qızının fikirlərinə etiraz olaraq "Biz lazım deyilik? Onda şələ-şüləmizi yığaq gedək evdən” ifadəsi ilə reaksiya verib.
Qumral isə atasının onu yanlış anladığını söyləyib:
"Bizimlə ən çox anam maraqlanır. Ona görə elə dedim. Evdə əsas idarəçimiz anamdır”.
7News.Az








