Tiflisdə yoxa çıxan azərbaycanlı tələbə Tağı İsgəndərov tapılıb. Bu barədə 20 yaşlı Tağının qohumu məlumat verib. O bildirib ki, tələbənin vəziyyəti yaxşıdır. Xatırladaq ki, T.İsgəndərov mayın 21-də itkin düşmüşdü. O, sonuncu dəfə şəhərdəki kazinoların birində görüntülənmişdi. Tağı Tiflisdə universitetlərin birinin II kurs tələbəsidir. 7news.Az