RU
İctimai nəqliyyata heyvanla minənlərin NƏZƏRİNƏ - Cərimə OLUNACAQSINIZ
15:00
59

İctimai nəqliyyata heyvanla minənlərin NƏZƏRİNƏ - Cərimə OLUNACAQSINIZ

İctimai nəqliyyatda ev heyvanı ilə hərəkət edən sərnişinlər cərimələnə bilər.

Mövcud qaydalara əsasən, ev heyvanlarının avtobus və digər ictimai nəqliyyat vasitələrində daşınmasına müəyyən məhdudiyyətlər tətbiq olunur. 

Belə ki, Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 141 nömrəli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, sərnişinlər ictimai nəqliyyatda ev heyvanlarını (pişik, it və s.) yalnız xüsusi konteynerdə (daşıma çantasında) və ya qəfəsdə daşıya bilərlər.

Heyvanın daşıyıcısı digər sərnişinlərə mane olmamalı və təhlükəsizlik qaydalarına riayət etməlidir.

İnzibati Xətalar Məcəlləsinin 290.1.2-ci maddəsinə əsasən ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə (məsələn, sərbəst şəkildə, qəfəs olmadan) 200 manat məbləğində cərimə nəzərdə tutulur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ